REVIVAL OF THE TURKISH NATION AS THE IDEAL AESTHETIC ART IN CREATIVITY OF ISMAIL GASPRINSKI Cover Image

İSMAYIL QASPIRALI YARADICILIĞINDA TÜRK MİLLƏTİNİN DİRÇƏLİŞİ MƏSƏLƏLƏRİ SƏNƏTİNİN ESTETİK İDEALI KİMİ
REVIVAL OF THE TURKISH NATION AS THE IDEAL AESTHETIC ART IN CREATIVITY OF ISMAIL GASPRINSKI

Author(s): Elman Quliyev
Subject(s): Cultural history, Culture and social structure , Social development, Nationalism Studies, Sociology of Culture, 19th Century, Pre-WW I & WW I (1900 -1919), Cultural Essay, Political Essay, Sociology of Politics
Published by: Sage Yayınları

Summary/Abstract: XIX əsrin sonu, XX əsrin əvvəllərində krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, türk millətinin müəllimi, xalq maarifi islahatçısı, “üsuli-cədid” hərəkatının və tatar mətbuatının banisi kimi şöhrət tapmış, “bütün türkçülük hərəkatının mərkəzi siması” (Yusif Akçura) hesab edilən İsmayıl Qaspiralı böyük və zəngin yaradıcılıq irsinə sahibdir. İsmayıl Qaspiralı yaradıcılığının şah əsəri olan “Tərcüman” mənsub olduğu türk xalqının ictimai-siyası və mədəni həyatında dirçəliş rolunu oynamaqla yanaşı, görkəmli şəxsiyyətin irəli sürdüyü “dildə, fikirdə, işdə birlik” ideyalarının reallaşmasında güclü təsir vasitəsinə çevrilmişdir. Böyük ideyalar carçısı İ.Qaspiralı mütərəqqi fikirlərin həyata keçməsində heç şübhəsiz, bədii ədəbiyyat və publisistikasını daha əhəmiyyətli hesab edirdi. İ.Qaspiraliya görə hər bir milləti millət kimi tanıtmaqda din və ədəbiyyatın rolu əvəzolunmazdır. Bu mənada İ. Qaspiralının ədəbiyyatsız xalqları “vəhşi tayfa” adlandırılması təsadüfi görünmür. “O, belə hesab edirdi ki, bədii əsər hər şeydən əvvəl geniş xalq kütləsinin arzu və istəklərinin ifadəçisi və düşüncələrinin tərcümanı olmalıdır” (Xeyrulla Məmmədov).

  • Issue Year: 1/2009
  • Issue No: 1
  • Page Range: 59-68
  • Page Count: 10
  • Language: Azerbaijani
Toggle Accessibility Mode