SÖZÜN SEMANTİK STRUKTURU VƏ MƏNA TIPLƏRI
TYPES OF SEMANTIC STRUCTURE AND MEANING OF WORDS
Author(s): Səbinə Məmmədova MəmmədSubject(s): Semantics
Published by: Sage Yayınları
Summary/Abstract: Sözün mənasını yalnız onun əşyavi-məntiqi münasibətlərinə görə təyin etmək cəhdi məna və anlayışın eyniliyini etiraf etmək deməkdir, bu isə zənnimizcə düzgün deyil, çünki anlayış - məntiq kateqoriyasıdır. Anlayış materiyanın yüksək məhsulu olan beynin məhsuludur, onun funksiyasıdır. Sözün mənası isə dilçilik kateqoriyasıdır. Y.M.Qalkina-Fedoruk düzgün olaraq qeyd edir ki, «məna dedikdə, sözə şamil edilən fikri (düşüncəni) başa düşmək lazım gəlir» [8, 28]. Həmin sözə verilən məna yalnız sırf anlayış əhəmiyyətinə deyil, həm də əlavə mənaya malikdir. Bu əlavə mənalar isə sözün emosional-ekspressiv elementlərindən ibarət olur. İnsanın psixi fəaliyyəti üç amilə əsaslanır: əqli, emosional və iradi. İnsanın emosional və iradi fəaliyyətini onun əqli fəaliyyətindən ayırmaq mümkün olmadığı kimi onun fitri hissləri ilə gerçəkliyi rasional dərk etməsini də inkar etmək olmaz İnsanın hiss və emosiyalarından kənarda heç bir informasiya, heç bir əqli fəaliyyət ola bilməz. Y.M.Qalkina-Fedoruk tamamilə haqlıdır ki, «əqli fəaliyyət emosional və iradi fəaliyyətlə bağlıdır və hər cür emosiya və iradənin mənası var»
Journal: TURAN-SAM
- Issue Year: 1/2009
- Issue No: 1
- Page Range: 98-104
- Page Count: 7
- Language: Azerbaijani