Integration of Heydar Aliyev and South Caucasian Republics into the World Union Cover Image

Heydər Əliyev və Cənubi Qafqaz Respublikalarının Dünya Birliyinə İnteqrasiyası
Integration of Heydar Aliyev and South Caucasian Republics into the World Union

Author(s): Qabil Əliyev
Subject(s): Politics, Political history, Government/Political systems, Transformation Period (1990 - 2010)
Published by: Özgür Yayın Dağıtım Ltd. Şti.
Keywords: integration; Heydar Aliyev; World Union; South Caucasian Republics;
Summary/Abstract: Cənubi Qafqaz respublikalarının Dünya Birliyinə və regional təşkilatlara inteqrasiyası prosesi müstəqillik bərpa edildikdən sonra qarşıda duran ən önəmli vəzifələrdən biri olmuşdur. Gürcüstan Respublikası 1991-ci il aprelin 9-da, Ermənistan Respublikası 1991-ci il sentyabrın 21-də, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdilər [1, c.40, 45, 38]. Bu da həmin respublikaların beynəlxalq və regional təşkilatlara tamhüquqlu üzv kimi qəbul edilmələrinə şərait yaratdı. Yeni istiqlaliyyət qazanmış bu respublikalar özlərinin suveren hüquqlarını qorumaq, dövlət müstəqilliklərini möhkəmləndirmək, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və üzləşdikləri münaqişələri ədalətli həll etmək üçün ardıcıl və prinsipial xarici siyasət yeridərək, qonşu ölkələr və dünyanın nüfuzlu dövlətləri ilə, eləcə də bütün beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurmağa təşəbbüs göstərdilər.

  • Page Range: 65-78
  • Page Count: 14
  • Publication Year: 2023
  • Language: Azerbaijani
Toggle Accessibility Mode