Heydər Əliyevin Liderlik Modeli: Milli İntibaha və Tərəqqiyə Xidmət Edən Siyasət
Heydar Aliyev's Leadership Model: Politics Serving National Renaissance and Progress
Author(s): İradə Hüseynova
Subject(s): Politics, Political Theory, Political history, Government/Political systems
Published by: Özgür Yayın Dağıtım Ltd. Şti.
Keywords: Heydar Aliyev; politics; leadership model;
Summary/Abstract: Ötən yüzilliyin 60-cı illərinin axırlarında – Heydər Əliyevin Azərbaycana yenicə rəhbər təyin olunduğu ərəfədə keçmiş Sovet İttifaqının müttəfiq respublikalarından biri olan vətənimiz iqtisadi cəhətdən çox geridə qalmış vəziyyətdə idi. İttifaq əhəmiyyətli müəssisələr istisna olmaqla, əslində, sənayenin digər sahələrinə diqqət yetirilmir, respublikanın təbii sərvətlərindən və potensial imkanlarından lazımınca istifadə olunmurdu. Neft sənayesi əvvəlki səviyyədə işləmirdi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesində mütəmadi dayanmalar baş verir, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri getdikcə aşağı düşürdü. Kənd təsərrüfatında və sənayedə durum daha kəskin hal almışdı. Yığılıb qalmış çoxsaylı problemlər isə Azərbaycana rəhbərlik etmək kimi çətin vəzifəni daşıyacaq insandan həddən artıq böyük cəsarət və yüksək idarəçilik qabiliyyəti tələb edirdi.
- Page Range: 123-138
- Page Count: 16
- Publication Year: 2023
- Language: Azerbaijani
- Content File-PDF