“Ermeni Soyqırımı”nın Gerçək Üzü və ya Ermənilərin Türk Dövlətinə Xəyanətləri
The Real Face of the "Armenian Genocide" or Betrayals of Armenians to the Turkish State
Author(s): Ramilə Bəhlul Dadaşova
Subject(s): Military history, Political history, Pre-WW I & WW I (1900 -1919), The Ottoman Empire
Published by: Özgür Yayın Dağıtım Ltd. Şti.
Keywords: Armenian Genocide; Turkey; Armenia;
Summary/Abstract: Birinci Dünya müharibəsi illərində Rusiya İstanbula, onun ətrafındakı boğazlara, Şərqi Anadoluya yiyələnmək, Türkiyəni zəiflətmək, Cənubi Qafqazda möhkəmlənmək üçün erməni silahlı dəstələrinin fəaliyyətindən istifadə etmiş, Türkiyə daxilində yaşayan ermənilərin hökumətə qarşı qiyamlar etməsini təşkil etmişdir. Rus ordusunda Qərb və Qafqaz cəbhəsində 300 min erməni vuruşurdu. Eyni zamanda Erməni milli şurası Çar Rusiyası ilə ermənilərin könüllü dəstələrinin yaradılması barədə razılaşmışdılar. Rusiya hakim dairələri ermənilərdən istifadə etmək üçün “erməni məsələsi”ni ortaya atırdılar. Ermənilər müharibədə Van, Bitlis, Tiqranakert, Ərzurum, Xarberd və Sebastiya, həmçinin Klikiyanın daxil olduğu ərazilərin Türkiyədən alınaraq özlərinin erməni dövlə tini yaratmaq, “erməni məsələsi”ni həll etmək məqsədilə iştirak edirdilər. Rusiya ermənilərə Böyük Ermənistan yaratmaqda kömək edəcəyini vəd edərək Osmanlı hakimiyyətinə qarşı mübarizə aparmaq üçün erməni drujinalarının yaradılmasını təşkil edir, onları yeni silahlarla silahlandırır, ölkə içərisində silahlı üsyanlar təşkil edirdi. Əslində isə Rusiya, Fransa, İngiltərə müstəqil erməni dövlətinin qurulması üçün çalışmır, Türkiyəyə ermənilərin əli ilə zərbə vurmağa çalışırdılar. Nəticədə erməni hərbi dəstələri Birinci Dünya müharibəsi illərində Şərqi Anadoluda və Qafqazda dinc müsəlman əhalisinə qarşı görünməmiş cinayətlər törətdilər. Ermənilərdən ilk olaraq istifadə etməyə çalışan Fransa, Osmanlı torpaqlarında katolik ermənilərdən, Rusiya pravoslav ermənilərdən, İngiltərə və ABŞ isə protestant ermənilərdən istifadə etmişdir.
Book: Language, Society, History, Economy and Politics in Social Sciences - 4
- Page Range: 207-234
- Page Count: 28
- Publication Year: 2022
- Language: Azerbaijani
- Content File-PDF